Teatrda Nicat Kazımovu “vurdular”

29 Oktyabr 2012 13:20 (UTC+04:00)
Teatrın mövsüm açılışından xeyli vaxt keçməsinə baxmayaraq, hələ də "Kabuslar" tamaşası Akademik Milli Dram Teatrının repertuarına salınmayıb. AzNews.az-a daxil olan məlumata görə, sözü gedən tamaşa teatrın repertuarından çıxarılıb. Tamaşanın repertuardan çıxarılmasına səbəb kimi isə onun erotik səhnələrlə zəngin olması göstərilir.

"Kabuslar"ın rejissoru Nicat Kazımov isə açıqlamasında sözügedən tamaşanın ilin sonunda repertuara salınacağını bildirdi: "Sözün düzü bu tamaşanın nümayişi ilə bağlı mən də bir şey bilmirəm. Deyilənə görə, tamaşa dekabrda olacaq. Ona yenidən məşq lazımdır. Görün neçə vaxtdır ki, bu tamaşa oynanılmır. Əgər bu tamaşanı repertuardan çıxarsalar mən bilərəm".

Bahar Rüstəmli
AzNews.az