Rusiya İŞİD-ə növbəti raket zərbələri endirdi - Xəzərdən

20 Noyabr 2015 19:27 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.

"Bu gün Xəzər donanmasının gəmiləri Raqqa, İdlib və Hələbdəki hədəflərə 18 qanadlı raket buraxıb. Bütün hədəflər məhv edilib", - deyə o vurğulayıb.