Yük maşını ilə minik avtomobili toqquşdu - Sürücü öldü
20 Noyabr 2015 20:50 (UTC+04:00)
 AzNews.az-ın APA-ya istinadən məlumatına görə hadisə rayonun mərkəzində qeydə alınıb.
 
"KAMAZ" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində "VAZ"-ın sürücüsü hadisə yerində ölüb.
 
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.