Fransada fövqəladə vəziyyət rejimi uzadıldı

20 Noyabr 2015 22:53 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Senat sədri Bernar Larşe bildirib.

Onun sözlərinə görə, səsvermədə 348 senator iştirak edib, onlardan bir neçəsi bitərəf qalıb.

"348 nəfərdən 336-sı qərarın lehinə səs verib. Beləliklə, qanun layihəsi qəbul olunaraq təsdiqlənib", deyə Fransa parlamenti yuxarı Palatasının sədri bildirib.