Malidə hotelə hücumun təşkilatçısı məlum oldu

20 Noyabr 2015 23:45 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hücum "İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı" və "Əl-Murabitun" silahlıları tərəfindən birgə təşkil olunub.

Xatırladaq ki, noyabrın 20-də Malinin paytaxtı Bamakoda "Radisson Blu" terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülüb, onlardan bir hissəsi sərbəst buraxılıb. Son məlumatlara əsasən hadisə nəticəsində 27 nəfər ölüb.