“İpoteka kreditinə 200 milyon manat cəlb ediləcək” - Nazir

21 Noyabr 2015 10:05 (UTC+04:00)

Məlumata görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov jurnalistlərə bildirib.
Bununla yanaşı, nazir qeyd edib ki, dövlət büdcəsindən növbəti ildə ipotekanın maliyyələşdirilməsinə 50 milyon manat ayırılacaq.

200 milyon manat cəlb edilməsi vaxtını nazir dəqiq söyləməyib. Daxili bazardan vasitələrin cəlb edilməsi Azərbaycan ipoteka fondunun yenidən təşkil edilməsində sonra mümkün olub.

Trend.az