Yeni Zelandiyada helikopter qəzaya uğradı: sağ qalan yoxdur

21 Noyabr 2015 10:35 (UTC+04:00)

RİA Novosti-nin verdiyi xəbərə görə, polis helikopterin göyərtəsində olan altı sərnişinin və bir pilotun öldüyünü təsdiqləyib.

Alpine Adventures şirkətinin nümayəndəsi helikopterin şirkətə mənsub olduğunu təsdiqləyib, amma şərh verməkdən imtina edib.

Hakimiyyət hadisə ilə bağlı araşdırma aparır və həlak olanların qohumları ilə əlaqə yaratmağa çalışır.

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilməyib. İlkin dəyərləndirmələrə əsasən qəzaya səbəb əlverişsiz və dumanlı hava şəraiti ola bilər.

Qeyd edək ki, Foks buzlağı Cənub adasının qərb sahilində, adanın əsas şəhəri olan Kraystçerç şəhərindən təxminən 150 km məsafədə yerləşir.

Oxu.az