Razi Nurullayev Həsən Kərimovun yasında iştirak etməyəcək

21 Noyabr 2015 11:11 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib.

O, bildirib ki, bununla bağlı Etimad Qurultayının Təşkilat Komitəsinin üzvlərinə qadağa qoyulmayıb: "Heç kimə qadağa yoxdur. Yas mərasimini siyasiləşdirmək ayıbdır".

R.Nurullayev isə özü bu mərasimdə iştirak edə bilməyəcəyini vurğulayıb: "Mən xaricdəyəm. Nekroloq yazmışam və dünən dərc edilib. Allahdan rəhmət diləyirəm. Böyük itkidir".

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Həsən Kərimov uzun sürən xəstəlikdən sonra noyabrın 20-də dünyasını dəyişib.

Bahar RÜSTƏMLİ
AzNews.az