Millət vəkilləri cəbhə bölgəsinə gedir

29 Oktyabr 2012 14:05 (UTC+04:00)
Milli Məclisin bir qrup deputatı sabah cəbhə bölgəsinə gedəcək. Bu barədə SalamNews-a Milli Məclisdən məlumat verilib. Bildirilib ki, cəbhə bölgəsinə yola düşəcək deputat heyətinə Milli Məclis sədrinin müavini Bahar Muradova rəhbərlik edəcək.

Onlar təmas xətti ilə üzbəüz dayanan həbiçilərlə görüşəcəklər. Səfərin məqsədi torpaqlarımızın keşiyində dayanan əsgər və zabitlərin vəziyyətilə tanış olmaq, onlarda ruh yüksəkliyi yaratmaqdır.

AzNews.az