Göyçay sakini damarlarını doğrayaraq intihar etdi

21 Noyabr 2015 12:19 (UTC+04:00)

Hadisə rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini 1969-cu il təvəllüdlü Alməmmədov Azər Seyfalı oğlu yaşadığı evin zirzəmisində hər iki qolunun damarlarını bıçaqla kəsib. Ailə üzvləri hadisədən gec xəbər tutub və Azər Alməmmədov çoxlu qan itirdiyi üçün dünyasını dəyişib.

İki uşaq atasının özünə qəsd etməsinin dəqiq səbəbi hələlik məlum deyil. Ailə üzvlərinin sözlərinə görə, A. Alməmmədovun son vaxtlar nevroloji problemləri olub və müalicə olunub.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

APA.az