Oğul atasının mənzilini qarət etdi - Şəkidə

21 Noyabr 2015 14:30 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Ağaəli Mustafayevin oğurluq barədə şikyaət ərizəsi əsasında Şəki ŞRPŞ əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat nəticəsində noyabrın 17-də A.Mustafayevin mənzilindən 1500 manat pul və qızıl əşyalar, habelə həyətində olan "VAZ-2101" markalı avtomobildən 500 manat pul oğurlamış oğlu Araz tutulub.