Millimizin voleybolçusu kimdən şikayətləndi?

29 Oktyabr 2012 14:13 (UTC+04:00)
"Bakıda həkim məni düzgün əməliyyat etmədi. Bu üzdən, eyni nayihədən 3 dəfə cərahiyyə olunmaq məcburiyyətində qaldım". Bunu AzNews.az-a açıqlamansında milli komandamızın aparıcı voleybolçusu Polina Rəhimova deyib. O, ad çəkməsə də, bildirib ki, paytaxtdakı "ağ-xalatlı"ya etibar etməsi ona baha başa gəlib:

"Həkim məni pis vəziyyətdə qoydu. Ona inandım. Əvəzində nə oldu? Onun səhvindən meydana gec dönəcəyəm. Bu yaxınlarda İstanbulda müayinə olundum. Voleybola qayıdışım 3 aydan tez mümkün olmayacaq".

Qeyd edək ki, "Azərreyl"in uğurları üçün çalışan Polina Rəhimova, ötən mövsümün sonlarında dizindən aldığı zədə səbəbindən mübarizəni davam etdirə bilməmişdi. Belədə, milli komanda Avropa çempionatının 3-cü təsnifat mərhələsinə ciddi itki ilə yollanmışdı.

Kamran Hacı
AzNews.az