Belarusu “Eurovision”da azərbaycanlı təmsil edəcək

21 Noyabr 2015 18:30 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadla xəbər verir ki, konsert saat 20:30-da (Bakı vaxtı ilə saat 22: 30-da) başlayacaq. Belarusda yaşayan həmvətənimiz Ruslan Aslanov "Sehr" mahnısı ilə onuncu çıxış edəcək.

Ekspertlərin fikrincə, Ruslan Aslanovun ilk üçlüyə daxil olmaq şansı var. Bununla belə, Belarus nümayəndə heyəti proqnoz vermək istəmir və qarşısına müsabiqədə layiqincə və qüsursuz çıxış etmək məqsədi qoyur.