Türk təyyarəsində terror həyəcanı

22 Noyabr 2015 11:46 (UTC+04:00)

AzNews.az report-a istinadən xəbər verir ki, Nyu-Yorkdan İstanbul istiqamətində hərəkətdə olan "Airbus A330" terror təhlükəsi səbəbindən təcili eniş istəyib.

Təhlükə barədə məlumat təyyarə uçduqdan və eşelona çıxdıqdan sonra son dərəcə yüksəklikdə olduğu zaman daxil olub.

Layner uğurlu eniş edib, zərər çəkən olmayıb. Təyyarəyə fövqəladə xidmətin əməkdaşları cəlb edilib.