Saatlıya 2 milyon manat ayrıldı

29 Oktyabr 2012 14:54 (UTC+04:00)
Prezident İlham Əliyev Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama görə, rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Saatlı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

AzNews.az