On İŞİD üzvü öldürüldü - Rusiyada

22 Noyabr 2015 13:31 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, öldürülənlər "İslam Dövləti" (İŞİD) terror təşkilatının üzvləridir.

Onların kimliyi müəyyənləşdirilir.

Xəbər verilir ki, noyabrın 22-də səhər saatlarında Nalçik şəhəri yaxınlığında meşə massivində silahlı şəxslər aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma zamanı 10 İŞİD-çini məhv ediblər.

Rusiya Milli Antiterror Komitəsi əməliyyatın davam etdiyini açıqlayıb.

Qeyd edək ki, noyabrın 10-da Nalçikdə İŞİD-in yerli özəyinin başçısı Robert Zankişiyev hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.