İfaçıdan konsert zalındakı terror haqda - Açıqlama

22 Noyabr 2015 13:37 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bataklan konsert zalında baş tutan terror hadisəsi ilə bağlı danışan müğənni terrorçuların qrim otağında da bir neçə şəxsi öldürdüyünü bildirib.

Musiqiçi ölənlərin sayının çox olmasının səbəbini belə açıqlayıb:

"İtkilər ona görə çox oldu ki, insanlar öz yaxınlarını, sevdiklərini qoyub getməyə hazır deyildilər... Onlar bir-birini terrorçu güllələrindən öz bədənləri ilə qorumağa çalışırdılar".

Teatr zalına terror hücumu nəticəsində 90 nəfərə yaxın şəxs vəfat edib. Onların arasında həmin qrupun meneceri Nik Aleksandr, səsyazma şirkətinin 3 üzvü-Tomas Ayad, Mari Mosser və Manu Peres də olub.

Xatırladaq ki, Parisdə baş verən silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 350 nəfər yaralanıb. Terrorla bağlı məsuliyyəti İŞİD öz üzərinə götürüb.