Myanmarda torpaq sürüşməsi - 90 ölü, 100 nəfər itkin

22 Noyabr 2015 19:10 (UTC+04:00)

Myanmarın şimalındakı Kaçhin əyalətində meydana gələn torpaq sürüşməsi nəticəsində 90 nəfər həyatını itirib, 100 nəfərin də itkin düşdüyü bildirilir.

AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, torpaq sürüşməsi dünyanın ən dəyərli daşının çıxarıldığı mədəndə meydana gəlib.