Türkiyə parlamentinin yeni sədri məlum oldu - Yeniləndi

22 Noyabr 2015 21:19 (UTC+04:00)

***
19:53

Yeni tərkibli Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi ilə bağlı səsvermə başlayıb. Parlament Dəniz Baykalın müvəqqəti sədrliyi ilə fəaliyyət göstərir.

Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CXP), Millətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyası (XDP) yeni parlamentə sədrlik yerinə iddiaçı olsalar da TBMM rəhbərlik etmək şansı AKP-yə məxsusdur.

AKP parlament sədrliyinə İstanbuldan millət vəkili seçilən İsmail Kahramanın namizədliyini irəli sürüb. Lakin yeni parlamentdə 316 mandata sahib olan AKP-nin səsvermənin birinci və ikinci turlarında Türkiyə Böyük Millət Məclisinə sədr postuna sahib çıxmaq ehtimalı çox aşağıdır. Çünki iddialı şəxslər yalnız 367-dən yuxarı sayda deputatın səsinə sahib olmaqla parlamentə sədr seçilə bilərlər.

Mövcud mandat bölgüsünə görə, heç bir namizəd bu sayda səs toplamaq imkanında deyil. Belə olan halda üçüncü tur səsvermədə 276 səs qazanan namizəd parlamentin sədri seçiləcək. Lakin əgər səsvermənin dördüncü turuna zərurət yaransa, bu halda mübarizə əvvəlki səsvermələrdə ən çox səs toplayan iki namizəd arasında aparılacaq. Belə olan halda ən çox səs toplayan namizəd sədr seçiləcək.

Bütün bunlar onu deməyə əsas verir ki, AKP namizədinin səsvermənin üçüncü turunda Türkiyə Böyük Millət Məclisinə sədr postuna sahib olmaq şansı daha böyükdür

Azərtac