İki maşın toqquşdu - Ölən və yaralananlar var (Yeniləndi)

22 Noyabr 2015 22:28 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, "KAMAZ" markalı maşınla "VAZ-21011"-in toqquşması nəticəsində "VAZ"-ın sərnişini Düyərli kənd sakini, 1959-cu il təvəllüdlü Rafiq Nağıyev hadisə yerində ölüb.

Onun həyat yoldaşı, 1972-ci il təvəllüdlü Sevinc Nağıyeva və həmkəndlisi, 1967-ci il təvəllüdlü İxtiyar Cəlilov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

***
21:28

Şəmkirdə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası qəzası baş verib.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Kamaz" markalı maşının "VAZ-21011" markalı avtomobillə toqquşması nəticəsində "VAZ" da olan sərnişin, 1959-cu il təvəllüdlü Rafiq Nağıyev ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.