Metroda problem – Qatar 10 dəqiqə tuneldə qaldı

23 Noyabr 2015 10:37 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Həzi Aslanov - İçərişəhər istiqaməti üzrə hərəkət edən Qatar Ulduz - Nəriman Nərimanov stansiyaları aarsında qalıb. Qatarın 10 dəqiqə tuneldə qalması sərnişinlər arasında təşviş yaradıb, digər qatarların da hərəkətində gecikməyə səbəb olub.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, qatarda nasazlıq olub: "Həzi Aslanov-Dərnəgül istiqaməti üzrə hərəkət edən 42 saylı marşrut qatarında nasazlıq olub. Belə ki, o üzrə hərəkət edən qatar saat 09:16-da Nəriman Nərimanov metro stansiyasında olarkən nasazlıq baş verib. Ona görə də ondan arxada gələn qatarlarda gecikmə olub. Sadəcə olaraq bir qatar Həzi Aslanov - İçərişəhər istiqaməti üzrə hərəkət edən 15 saylı marşrutda Ulduz - Nəriman Nərimanov stansiyaları arasında 10 dəqiqə tuneldə qalıb".

Qurum rəsmisi qeyd edib ki, artıq problem aradan qaldırılıb: "Bütün qatarların hərəkəti bərpa olunub".

Sevinc