Bakı Metropoliteni QSC-dən “Avtovağzal” - Açıqlaması

23 Noyabr 2015 11:07 (UTC+04:00)
Bu barədə AzNews.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

O, bildirib ki, sözü gedən stansiyanın tikinti işləri başa çatıb: "İşlər yekunlaşmaq ərəfəsindədir. Tikinti tam başa çatıb, abadlıq və avadanlıqların quraşdırılması prosesi gedir".

N.Paşayev əlavə edib ki, həmin istiqamətdə 8-ci çıxışı olan Biləcəri istiqamətindəki keçiddə də son tamamlama işləri aparılır.

Qeyd edək ki, Metronun "Avtovağzal" stansiyasının tikintisinə 2011-ci ildə başlanılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az