İdmançılarımızı Hollandiyada gərgin döyüş gözləyir

23 Noyabr 2015 12:38 (UTC+04:00)

Azərbaycan kikboksçuları Xəyal Əhmədov (81 kq) və Nicat Nəcəfzadə (51 kq) noyabrın 28-də Hollandiyanın Eindhoven şəhərində keçiriləcək K-1 versiyası üzrə beynəlxalq turnirdə iştirak edəcəklər.

Bu barədə AzNews.az-a Azərbaycan Kikboksinq Federasiyasından bildiriblər.

İdmançılara rəhbərlik edəcək "Caspian" kikboksinq klubunun direktoru Aydın Nəcəfzadənin sözlərinə görə, təmsilçilərimiz peşəkar kikboksinq üzrə reytinq döyüşlərində mübarizə aparacaqlar. On beşə yaxın ölkədən idmançıların iştirak edəcəyi beynəlxalq turnirin təşkilatçısı "A1 World Combat Cup"dır.