“Azadlıq Prospekti”ndə çatlar əmələ gəldi

23 Noyabr 2015 14:43 (UTC+04:00)

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında bildirib ki, bu tip çatlar və su sızmaları dayaz özüllü stansiyalarda nadir hallarda yağış suları nəticəsində əmələ gəlir: "Həmin stansiyasının üstündə park var. Parkda yağış suları nəmişlik və su sızması hallarına gətirib çıxarır. Ancaq işçilərin səyi nəticəsində yaranmış vəziyyət aradan qaldırılır və çatlar təmir edilir".

N. Paşayev qeyd edib ki, sözügedən stansiyada yaranmış vəziyyət sərnişinlərin həyatı üçün heç bir təhlükə daşımır.

APA.az