Rüstəm Behrudinin səhhəti ilə bağlı yeni xəbər

23 Noyabr 2015 16:10 (UTC+04:00)

Şair AzNews.az-a açıqlamasında özünü yaxşı hiss etdiyini bidirib: "Səhhətim qaydasındadır. Əməliyyatdan sonra özümü yaxşı hiss edirəm".

R.Behrudi onu da bildirib ki, istər Türkiyədə olanda, istərsə də Bakıya qayıdandan sonra telefonlarını bağlı saxlamağa çalışır: "Heç kəsdən xəbərim yoxdur. Telefonum nə qədər bağlı olsa, bir o qədər tez sağalaram".

Xatırladaq ki, R.Behrudi noyabrın 18-də Türkiyənin Avrasiya klinikasında ürəyindən əməliyyat olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az