Rusiyaya işləməyə gedənlərə bəd xəbər

30 Oktyabr 2012 05:50 (UTC+04:00)


Rusiya bu ölkəyə gedən miqrantlara qarşı tələbləri daha da sərtləşdirmək niyyətindədir. Miqrantların rus dilini bilməsi barədə qərardan sonra bu dəfə də tarix və qanunvericiliklə bağlı biliklərin artırılması tələbi irəli sürülüb. Dövlət Dumasında yeni qanun layihəsi hazırlanıb.

Qanun layihəsinin müəllifləri "Vahid Rusiya" blokunun deputatları Vladimir Pliqin və Dmitri Vyatkindir. Adi iş vizasının alınması üçün rus dili biliyi ilə yanaşı, tarix və Rusiya qanunvericiliyini bilmək də tələb ediləcək. Ancaq bu tələblər yüksək səviyyəli mütəxəssilərə, yaşamaq hüququ almaq istəyənlərə tətbiq edilməyəcək.

Layihə müəlliflərinin sözlərinə görə, xarici şirkətlərin top-menecerləri, artistlər və idmançılar bu siyahıya daxil edilməyəcək.

Miqrantlara bu biliklərini təsdiqləyən sertifikat 5 il müddətinə veriləcək.

Elnarə Əlosmanqızı
AzNews.az