Avtomobilin nömrəsini çirkli saxlamayın - Xəbərdarlıq

23 Noyabr 2015 21:13 (UTC+04:00)

AzNews.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bəzi sürücüləri isə törətdikləri qayda pozuntularını ört-basdır etmək üçün və avtomobilin nömrəsini yollardakı radarlara düşməyəcəyini zənn edib nömrəni qəsdən təmizləmirlər. Yol polisi isə belə sürücülərə xəbərdarlıq edir.

Xüsusilə də yağışlı havalarda bəzi sürücülər avtomobilin həm ön, həm də arxa nömrələrini çirkli saxlayırlar. Dövlət Yol Polisi isə xəbərdarlıq edir, "belə sürücülər dərhal cərimələncəklər".

Bəzi sürücüləri qayda pozuntularını ört-basdır etmək üçün avtomobilin nömrəsini qəsdən çirkli saxlayır. Onlar belə olanda avtomobilin radara düşməyəcəyini zənn edirlər.

Ancaq belələri bilməlidir ki, yeni radarların əksəriyyəti nömrələri təkcə rəqəm və hərflərə görə oxumur, orada yerləşdirilmiş mikroçiplər də avtomobili müəyyən edir. Belə sürücüləri aşkar edildikdə əlavə cərimə ödəmək məcburiyyətində qalacaqlar.