Dəm qazı daha bir can aldı - Bərdədə

23 Noyabr 2015 21:50 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndində qeydə alınıb.

Valideynlərin sözlərinə görə, zəhərlənmə 2003-cü il təvəllüdlü Leyla Rəşid qızı Vəliyeva hamamda olarkən baş verib.

Uşağın vanna otağından gec çıxdığını görən valideynlər hamamın qapısını sındırıblar və huşsuz vəziyyətdə olan Leylanı Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.
Reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə tibbi yardım göstərilib. Xəstəxanadan verilən məlumata görə, onun həyatını xilas etmək mümkün olub.