Elçin Əfəndiyevin əsəri ABŞ teatrında - VİDEO

23 Noyabr 2015 23:12 (UTC+04:00)
Kim ağıllı kim dəlidir? Amerika Birləşmiş Ştatlarının dünyada məhşur olan Broadvey teatrında ilk dəfə olaraq azərbaycanlı yazıçı Elçin Əfəndiyevin "Şekspir" əsəri oynanıldı.

Teatrın direktoru Annie Vard mövzunun amerikalı tamaşaçılara çox maraqlı gəldiyini dedi: "Mən tamaşanı sevdim. Bu bir dünyada iki fərqli mühitdir. İki fərqli yaşamın qarşılaşmasıdır. Bu çox gözəl pyesdir. Mən bir neçə il əvvəl Bakıda olanda bu əsəri görmüşdüm və həqiqətən də marağımı çəkmişdi".

Məkana erkən gəldiyimiz üçün aktyorların hazırlıq prosesini və tamaşaçı marağını izləyə bildik.

Az sonra səhnədə perfomans göstərəcək aktyor və aktrisalar səhnə üçün özləri hazırlaşırlır. Çox sadə qrim etmələrinə baxmayaraq onların səhnədəki perfomansları olduqca möhtəşəmdir.

Tamaşaçının marağını çəkən isə "Şeksprin" kölgəsində ağıllı ilə dəlinin sərhədlərinin itməsidir. Ruhi xəstəxanada cərəyan edən tamaşada dəli adı verilən xəstələrlə onları müalicə etmək istəyən ağıllıların daxili dünyası açılır. Əsər aydın göstərir ki, xəstələr öz dünyalarında xoşbəxt olsalar da, sağlamlar sosial problem içində dəli olacaq həddədirlər.

Məsələn, Stalin olduğunu idda edənin danışdıqları hamını dəyişir. Özünü 19-cu yüzüllikdə yaşamış aktirisa, hiss edən Sarah Benhard isə Şekspirin ona aşiq olduğunu elə danışır ki, ağıllını da inandırır:

"Bu çox maraqlı şoudur. Real həyatı da əks etdirir. Çox maraqlıdır. Mən daha sonra nə baş verəcəyini çox maraqla gözləyirəm", – deyə tamaşçı Reberts Kastum qeyd edib.

Beləliklə tamaşa maraqla izlənildi. 100 yerlik zal bütünlüklə dolmuşdu. Qiymətlər də ucuz deyildi. 28 dollardan başlayan biletlərin alıcıları da elə amerikalılar idi. Hər halda, Azərbaycan yazıçısı adına sevinməyə dəyər.



Ans