Tələbələrin oxumaq üçün ən çox üz tutduğu – 5 ölkə

24 Noyabr 2015 11:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-alim Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, onlardan 1001 nəfər məzun olub, 2289 nəfəri isə hazırda təhsil alır: "2013-2014-cü tədris ilində xaricə 787 nəfər tələbə göndərilib. Proqram çərçivəsində təhsil almaq hüququ qazananların ən çox üz tutduğu 5 ölkə aşağıdakılardır:

Birləşmiş Krallıq (1032),
Türkiyə (767),
Almaniya (441),
Kanada (242),
Niderland Krallığı (181).


İxtisaslara görə 1-ci beşliyə daxildir: tibb (923), iqtisadiyyat (847), informasiya texnologiyaları (348), mühəndislik (337), sosial və humanitar elmlər (221).

Təhsil səviyyəsinə görə isə tələbələr belə bölüşdürülüb: Magistratura (1526), Bakalavr (1044), Rezidentura (547), PhD- Doktorantura (168), Baza ali tibb təhsili (213).

Proqramın bu il başa çatdığını və ilin sonuna 1 aydan bir az çox vaxt qaldığını nəzərə alaraq onun uzadılması barədə tezliklə qərar qəbul olunmalıdır".

Q.İbadoğlu qeyd edib ki, bu qərarı verməmişdən əvvəl 2007- 2015-ci illəri əhatə edən 1-ci proqramın yekunları dəyərləndirilməli, buraxılan səhvlərdən (məsələn, akademik müvəffəqiyyətsizliklər, məzunların geri dönməməsi, sənədlərin vaxtında təqdim edilməməsi və sair səbəblərdən proqramdan kənarlaşdırılanlara təhsil alanlara xərclənmiş büdcə vəsaitlərinin geri alınmasının konkret mexanizminin olmaması) dərs götürməklə yeni mərhələ üzrə daha təkmilləşdirilmiş 2-ci proqram hazırlanmalıdır: "İkincisi, 1-ci proqram çərçivəsində xaricdə təhsil alanlara dair məlumat bazası yaradılmalıdır. Həmin bazada proqrama müraciət edənlərlə, dəstək qazananlarla yanaşı məzunların məşğuliyyətinə qədər bütün informasiyalar yerləşdirilməli və onlara ictimai əlçatanlıq təmin edilməlidir".

Ekspert sonda onu da vurğulayıb ki, universitetlərin seçilməsi ölkələr üzrə deyil, ixtisaslar üzrə aparılmalıdır.

Bahar RÜSTƏMLİ
AzNews.az