Musavat konfrans keçirəcək

24 Noyabr 2015 11:53 (UTC+04:00)


Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı deyib. Onun sözlərinə görə, artıq yeni sədrin seçilməsi üçün partiyada müzakirələr başlayıb: "İki gündür ki, bu proseslərə start verilib. Dekabrın 15-nə kimi Gənclər Təşkilatının ümümi konfransının keçirilməsi ilə bağlı qərar verilib. Konfransdan sonra təşkilat yenidən formalaşacaq. Belə ki, rayon təşkilatları da kofransda iştirak etmək üçün yeni üzvlərin siyahısını təqdim edəcək. Gələn həftədən isə namizədliklər irəli sürüləcək".

Qeyd edək ki, Müsavat Gənclər Təşkilatının (MGT) keçmiş sədri Əhliman Abbas istefa verdikdən posta təyinat olmayıb.

Sevinc Yasinqızı