Torpaqların qeydiyyat ünvanı açıqlandı – Yenilik

24 Noyabr 2015 14:11 (UTC+04:00)
Bununla da vətəndaş, eləcə də bələdiyyə hər hansı sənədləşmə işində iştirak etmir. "Bir pəncərə" prinsipinin tətbiq edilməsilə, əvvəllər mövcud olan uzun prosedur aradan qaldırılıb.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov noyabrın 24-də Bakıda keçirilən "Torpaq münasibətlərinin tənzimlənməsində bir pəncərə: bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində optimal yanaşmalar" mövzusunda işgüzar forumda məlumat verib. Bildirilib ki, forumun məqsədi torpaq münasibətlərinin tənzimlənməsində Əmlak Məsələləri Dövlət Komitəsinin tətbiq etdiyi "bir pəncərə" prinsipinin mahiyyəti, bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Eyni zamanda, bələdiyyə torpaqlarının mülkiyyətə, icarəyə və istifadəyə verilməsində komitə, bələdiyyələr və aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi və əmlak məsələlərinin həlli yollarının birgə müzakirəsidir. Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri, eləcə də 30-dək şəhər və rayon bələdiyyəsinin sədrləri iştirak edib.

Xatırladaq ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Fins.az