Milli Məclisin sədr müavinləri seçildi

24 Noyabr 2015 14:27 (UTC+04:00)

Məlumata görə, Ziyafət Əsgərov MM sədrinin I müavini, Bahar Muradova və Valeh Ələsgərov isə sədr müavinləri seçiliblər.

Qeyd edək ki, adı çəkilən şəxslər bundan əvvəlki çağırışda da MM sədrinin müavinləri olublar.

İclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Sessiyada parlamentin komitə sədrləri və komitə sədrlərinin müavinlərinin seçilməsi də nəzərdə tutulub.

APA.az