Putin Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

24 Noyabr 2015 15:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi təyyarənin 6000 metr yüksəklikdəykən yerdən vurulması açıqlamasından sonra prezident bu addım atıb.

Kremlin spikeri Türkiyə ilə Suriya sərhədində bir döyüş təyyarəsinin vurulması ilə əlaqədar bildirib ki, Rusiya döyüş təyyarəsinin Suriyada Türkiyə tərəfindən vurulması çox ciddi bir hadisədir.

Hazırda Rusiyanın iki döyüş vertolyotu alçaq uçuş edərək vurulan təyyarəni və pilotları axtarır.

Sevinc YASİNQIZI
AzNews.az