İlham Əliyev koreyalı həmkarına başsağlığı verdi

24 Noyabr 2015 16:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli xanım Prezident,

Koreya Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Kim Yon Samın vəfatı xəbəri məni kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".