Bakı niyə dumanlıdır? - Açıqlama

24 Noyabr 2015 17:05 (UTC+04:00)

Bunu AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib. Bildirib ki, dumanlı hava şəraitinin yaranmasına səbəb temperatur fərqidir: "Artıq bir necə gündür ki, dəyişkən yağmursuz hava şəraiti, yarımadanın bəzi yerlərində isə duman da müşahidə olunmaqdadır. Əsasən paytaxda cənub-şərq küləyi üstünlük təşkil edir. Bununla əlaqədar olaraq yaxın iki gün ərzində də əsasən dəyişkən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu isə gecə saatlarında 14 və 17 dərəcə arasında dəyişəcək. Əsasən cənub-şərq küləklərinin üstünlüyü ilə müşahidə olunur. Havanın temperaturu gecə saatlarında 11 dərəcəyədək, günorta saatlarında isə 14 və 15 dərəcə arasında dəyişəcək".

Direktor müavini qeyd edib ki, müşahidə olunan dumanlı hava qısa müddətli olduğundan meteohəssas insanlar üçün ciddi narahatlıq yarada bilməz.

Sevinc YASİNQIZI
AzNews.az