Zakir Qaralov işə çıxdı

30 Oktyabr 2012 06:24 (UTC+04:00)


Azərbaycanın baş prokuroru Zakir Qaralov qısamüddətli məzuniyyətini başa vuraraq vəzifəsinin icrasına başlayıb. Bu barədə APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

O, qeyd edib ki, baş prokuror Zakir Qaralov bu gündən xidməti vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Z. Qaralov bir müddət əvvəl qısamüddətli məzuniyyətə çıxıb. Onun vəzifəsinin icrasını baş prokurorun birinci müavini Rüstəm Usubov həyata keçirib.

AzNews.az