Seçkilərə dair AŞ PA seçki missiyalarının rəyləri dinləniləcək

24 Noyabr 2015 20:11 (UTC+04:00)

AzNews.az Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, noyabrın 26-da deputat Elxan Süleymanov da nümayəndə heyətinə qoşulacaq.

S.Seyidov əvvəlcə Avropa Mühafizəkarları Siyasi Qrupunun prezidenti qismində AŞ PA-nın Prezidentlər komitəsinin iclasında iştirak edəcək, sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi qurumun Büro iclasına qatılacaq.

Həm Büro, həm də Daimi komitənin iclasını AŞ PA-nın sədri Ann Brassör açacaq. İclaslarda cari məsələlər müzakirə olunacaq, qurumun 2016-cı il yanvar sessiyasının gündəliyinə baxılacaq. Bu payız Qırğızıstan, Azərbaycan və Türkiyədə keçirilmiş parlament, Belarusda prezident, Ukraynada yerli seçkilərə dair AŞ PA-nın seçki missiyalarının rəyləri dinləniləcək.

Büroda, həmçinin konstitusiya islahatları ilə əlaqədar dekabrın 6-da Ermənistanda keçiriləcək referendumla bağlı müzakirə aparılacaq.

Daimi komitədə isə Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin məruzəçisi S.Qafarovanın "Qadınlara qarşı zorakılıqla mübarizədə ən uğurlu təcrübələrin təşviqi" mövzusunda məruzəsi müzakirə olunacaq. Qeyri-insani rəftar və işgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Mikola Qnatovski ilə fikir mübadiləsi aparılacaq.

Deputatlarımız bütün müzakirələrdə yaxından iştirak edəcək, məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

Səfər noyabrın 28-də başa çatacaq.