Azərbaycanlı qızın meyiti tapıldı - Hollandiyada

24 Noyabr 2015 20:30 (UTC+04:00)

AzNews.az lent.az-a istinadən xəbər verir ki, Ə.Əliyevanın meyiti həmin gün şəhər qəbiristanlığına yaxın yerləşən parkda gəzintiyə çıxmış şəxslər tərəfindən müəyyən edilib.

Polis Ə.Əliyevanı sonuncu dəfə görən şəxslərin ifadəsini alıb. Onlar bildiriblər ki, Ə.Əliyeva həmin gün hicabda olub və uzun üst geyimi geyinibmiş və ingilis dilində danışırmış.

Araşdırma nəticəsində məlum olub ki, Ə.Əliyevanın ölümündə cinayət izi aşkarlanmayıb.

Ə.Əliyevanın ölüm xəbəri ailəsinə ötən gün verilib. Onun cənazəsi hələ Azərbaycana göndərilməyib.