İlham Əliyev əsasnamədə dəyişiklik etdi

24 Noyabr 2015 20:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dəyişikliklərə əsasən, Əsasnamənin 12-ci hissəsi aşağıdakı redaksiyada verilir:

"Agentliyin aparatının, strukturuna daxil olan və tabeliyində olan bölmələrinin işçiləri Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.".

14-cü hissədən "Agentliyin aparatının hərbi qulluqçularının vəzifə və hərbi rütbəyə görə maaşlarının məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən, pul təminatının digər növlərinin ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən," və "isə" sözləri çıxarılır.

Bundan başqa, 17-ci hissə ləğv edilir.

Həmçinin 22.3-cü bənddən "hərbi qulluqçularının və sisteminə daxil olan büdcədən maliyyələşdirilən struktur bölmələrinin mülki" sözləri " , strukturuna daxil olan və tabeliyində olan bölmələrinin" sözləri ilə əvəz edilir.