İmam və ailə üzvləri öldürüldü

30 Oktyabr 2012 06:38 (UTC+04:00)
Bu gün səhər saatlarında Dağıstanın Dərbənd şəhərində yerləşən məscidlərdən birinin imamı Kalimulla İbrahimova və onun ailəüzvlərinə qarşı silahlı hücum olub.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə səhər saatlarında, imam, atası və qardaşı məsciddə namaza qılmağa gedərkən baş verib. 2 silahlı şəxs avtomobildən onlara atəş açıb və hər üçü elə hadisə yerindəcə keçinib.

Şahidlərin sözlərinə görə, cinayətkarlar "Lada-Kalina" markalı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıblar. Hazırda polis cinayətkarların müəyyənləşdirilməsi istiqamətində iş aparır.

Qeyd edək ki, Dağıstanda dindarlara qarşı analoji hücumlar tez-tez baş verir.

Sadiq Musa
AzNews.az