Bu ərazilərdə qaz kəsiləcək

25 Noyabr 2015 09:13 (UTC+04:00)

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, yeni yaşayış sahəsinin qazlaşdırılması, qəsəbə və kəndlərə təbii qazın verilməsi, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə noyabrın 25-dən saat 09:00-dan 18:00-dək Sabunçu rayonunun 2 saylı Sovxoz və Nardaran, Pirşağı, Kürdəxanı qəsəbələrinin, Mingəçevir, Xaçmaz, Şəki və Kürdəmir rayonlarında təbii qazın verilişində fasilələr yaranacaq.