Atletimiz dünya rekordunu yenilədi

25 Noyabr 2015 20:56 (UTC+04:00)

Elxan həm də təkanla qaldırma hərəkətində 203 kq-la gənclər arasında dünya və Avropa rekordunu yeniləmiş, tanınmış türk atlet Taner Sağırın 2004-cü il Afina Olimpiadasında müəyyənləşdirdiyi 202 kq-lıq rekordu öz adına yazdırmışdı.

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, artıq 77 kq çəki dərəcəsində A qrupundakı çıxışlar da başa çatıb. Sevindirici xəbər odur ki, Elxan Əliquluzadə 203 kq-la təkanla qaldırma hərəkətində dünya çempionatının gümüş medalına sahib çıxıb (yekun sıralamada 6-cı yer).