Köçkün ailənin evindən - 27 min manat oğurlandı

25 Noyabr 2015 21:11 (UTC+04:00)

AzNews.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Paşabəyli kəndində qeydə alınıb.

Belə ki, kəndin uşaq bağçasının binasında müvəqqəti məskunlaşan Ağdamın Xıdırlı kəndinin sakini Soltan Əliyevin evindən oğurluq olub. Naməlum şəxs və şəxslər köçkün ailənin evindən 27 min manat pul oğurlayıblar.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.