Polislərin başına oyun açan sərxoş sürücü - VİDEO

25 Noyabr 2015 21:18 (UTC+04:00)

Paytaxtda polisin saxla əmrinə tabe olmayan sərxoş sürücü qanun qarşında cavab verməli olacaq.

Ziya Bünyadov prospektində avtomobili sərxoş vəziyyətdə idarə edən Rüfət Rəhimov yol polis əməkdaşları təfərindən saxlanılıb.

Taksi fəaliyyəti ilə məşğul olan Rüfət Rəhimov sərxoşluğun müayinəsi məntəqəsinə gətirilsə də, müayinədən keçməkdən imtina edib.

Rəhimovun avtomobilinə baxış zamanı oradan spirtli içkilər aşkarlanıb. Sürücü barəsində protokol tərtib olunub. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.



Region TV