Rusiya Türkiyə tırlarına hücum etdi - 7 nəfər öldü, 20 tır kül oldu (Foto+Video)

25 Noyabr 2015 21:42 (UTC+04:00)

AzNews.az Türkiyənin Cumhuriyyet qəzetinə istinadən xəbər verir ki, hücumlar nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Bundan əlavə 20 tır yanaraq kül olub və çox sayda avtomobilə ziyan dəyib.

Ölən şəxslərin hamısının tırların sürücüləri olduğu bildirilir. Məlumata görə, hücum Rusiya tərəfindən edilib. Müxalif qruplaşmalardan olan Şam Cəbhəsinin sahə komandiri Zəkəriya Qarslı da yardım tırlarına Rus hərbi təyyarələrinin atəş açdığını bildirib.





Nigar