Yollarda təhlükə yaradan yük maşınları - Dəyən ziyanı kim ödəməlidir?

25 Noyabr 2015 22:44 (UTC+04:00)

AzNews.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, belə halla qarşılan sürücülər əksər hallarda avtomobillərinə dəyən ziyanı özləri ödəməli olurlar. Ekspertlər isə bu halda ziyanı vuranın ödəməli olduğunu bildirir. Bu halla qarşılaşan sürücülər isə polisə xəbər verməlidir.

Bu zaman yük maşınının icbari sığortası tərəfindəndə ödəniş edilə bilər. Əks halda avtomobilinə ziyan dəyən sürücü məhkəməyə müraciət edə bilər.

Yük maşınının təkərindən çıxan daş başqa maşınlara ziyan vurduğda isə bu hala görə yola nəzarət edən qrum məsuliyyət daşıyır.

Belə yollarda isə 1.17 ``çınqıl sıçrayışı`` nişanı qoyulmalıdır.