İŞİD Ukraynanı düşmən ölkə elan etdi

25 Noyabr 2015 23:40 (UTC+04:00)

AzNews.az report-a istinadən xəbər verir ki, bu barədə "Gazeta Wyborcza" nəşri yazıb.
Terrorçular Suriyadakı münaqişəyə adiyyəti olmayan Ukrayna, Polşa, Litva, Moldova və digər dövlətləri beynəlxalq anti-terror koalisiyası ölkələri tərkibinə daxil edib.

Nəşr qeyd edir ki, "YouTube" və "Vimeo"ya yerləşdirilən videolar artıq silinib. Videoda guya Suriyada İŞİD-ə qarşı döyüşən 60 ölkənin siyahısı təqdim olunub. Onların arasında Ukrayna bayrağı da olub.