Maşın piyadanı vuraraq öldürdü - Sürücü hadisə yerindən qaçdı

25 Noyabr 2015 23:50 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə 22.00 radələrində Ələt-Astara magistralının13-cü kilometrliyində, Salyan rayonunun Xıdırlı kəndi ərazisində baş verib.

Yolu keçən Xıdırlı kənd sakini, 1984-cü il təvəllüdlü Hüseynov Seymur Əmir oğlu naməlum avtomobil tərəfindən vuraraq hadisə yerindən qaçıb. Nəticədə piyada hadisə yerində ölüb.

Hazırda piyadanı vuran avtomobil sahibinin axtarışları davam etdirilir.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.