İdmançımız birinci oldu - Qaydasız döyüşdə

25 Noyabr 2015 23:52 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, reytinq xarakterli turnirdə gənc idmançımız Ü.Məmmədzadə bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub.

İdman ustası Ü.Məmmədzadə qaydasız döyüş ilə uzun illərdir peşəkar səviyyədə məşğul olur. Azərbaycan Dövlət İqtisad Universitetinin üçüncü kurs tələbəsi olan idmançı qaydasız döyüş üzrə ikiqat dünya, habelə Avropa, üçqat respublika, Qafqaz çempionu və bir sıra beynəlxalq turnirlərin mükafatçısıdır.